Tofiq Bakıxanov – bəstəkar, Azərbaycan Respublikasının xalq artisti (1991), professor (1983). Tofiq Bakıxanov 1930–cu ildə Bakı şəhərində anadan olub. 1953–cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını skripka üzrə professor A.Amitonun, 1957–ci ildə isə bəstəkarlıq üzrə professor Qara Qarayevin sinfini bitirib. 1973-cü ildə Respublikanın Əməkdar İncəsənət xadimi fəxri adına layıq görülmüşdür. 1983-cü ildə professor adı almışdır. 1991–ci ildə ona Azərbaycan Respublikasının xalq artisti adı verilib. 1996-cı ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının İncəsənət Doktoru seçilmişdir. 1994-2000-ci illərdə Abbasqulu ağa Bakıxanov adına mükafatın laureatıdır. Eləcə də 2000-ci ildə «Şöhrət ordeni» ilə təltif olunmuşdur. 1969-cu ildə Parisdə keçirilən VII beynalxalq rəqs festivalının; 1998, 2000, 2001-ci illərdə Quzey Kıbrıs Türk Cumhuriyyətində II, IV, V beynəlxalq «Bellapais» musiqi festivallarında , Moskvada, Tbilisidə, son illərdə İstanbul, İzmir, Tehran, Bolqarıstanda müəllif konsertləri ilə çıxış etmişdir.
Əsərləri:
Musiqili komediyalar:”Altılardan biri”, “Məmmədəli kurorta gedir” – həmmüəllif N.
Məmmədov, “Qız görüşə tələsir” – həmmüəllif N. Məmmədov
Baletlər:“Xəzər balladası“ (1969), “Şərq poeması“ (1976), “Xeyir və Şər“ (1990) Simfonik əsərlər:BSO üçün 5 simfoniya,Türk simfoniyası (6cı simfoniya), Şərq sonatalar silsiləsi: Türk sonatası, İran sonatası, Ərəb sonatası, Azərbaycan sonatası, Skripka və fortepiano üçün 5 konsert, Tar və simfonik orkestr üçün 4 konsert, Violonçel və simfonik orkestr üçün 2 konsert, Klarnet və simfonik orkestr üçün konsert, BSO üçün “Hümayun”, “Rahab”, “Şahnaz”, “Dügah” simfonik muğamları, çoxlu sayda kamera-instrumental əsərlər, kamera-vokal əsərlər, mahnılar və romanslar.
Filmoqrafiya: Aşıq Veysəl (film, 2001), İşgüzar səfər (film, 1982),Tofiq Bakıxanov (film, 2000), Əhməd Bakıxanov (film, 2003) və s.
Gundelik.az
