Bu il Almaniyada 24 minə yaxın şirkət müflis elan olunmaq üçün müraciət edib ki, bu da son 10 ilin ən yüksək səviyyəsidir.
Gundelik.az xəbər verir ki, bu barədə “Creditreform” kredit agentliyi məlumat yayıb.
Məlumata görə, 2025-ci ildə iflasların sayı 2024-cü illə müqayisədə 8,3% artıb. Lakin bu tendensiya illik artım templərinin 20%-i ötdüyü əvvəlki iki illə müqayisədə səngiyib.
Bu iflasların əksəriyyəti 10-dan az işçisi olan kiçik müəssisələr arasında baş verib. 250-dən çox işçisi olan iri şirkətlər arasında isə 140 iflas qeydə alınıb.
Eyni zamanda, fiziki şəxslər arasında 76 min nəfər iflas üçün müraciət edib. Kreditorlara dəyən ümumi zərər 57 milyard avro qiymətləndirilir ki, bu da 2024-cü illə müqayisədə 2 milyard avro azdır.
