Bir Melodiyanın Adı: Sevinc Tofiqqızı
Musiqi bəzən sözlərin ifadə edə bilmədiyini pıçıldayır. O, səssizliyin içində doğulan, insanın daxili aləmini dinləndirən və ruhun ən dərin qatlarına toxunan görünməz bir dildir. Hər melodiya özündə yaşanmış hissləri, susdurulmuş duyğuları və zamanın ritmini daşıyır. Musiqi nə təkcə eşidilən səsdir, nə də sadəcə notların düzümüdür — o, insan ruhunun səssiz etirafı, duyğuların ritmə çevrilmiş halıdır.
