Oktyabr 9, 2026
Baku
Dünya Maraqlı Xəbərlər

45 illik sirr açıldı: Okeanda tapılan qalıqlar kimə məxsus imiş?

ABŞ-də Nyu-Cersi ştatının sahilləri yaxınlığında tapılan insan qalıqlarının kimliyi 45 il sonra müəyyən edilib.

Bu barədə “People” nəşri məlumat yayıb.

İnsan qalıqları 22 may 1981-ci ildə okeanda aşkarlanıb. Həmin vaxt istintaqçılar heç bir ipucu tapa bilməyib və DNT analizi vasitəsilə də şəxsin kimliyini müəyyənləşdirə bilməyiblər. Bu, yalnız 2026-cı ilin oktyabrında yeni texnologiyaların köməyi ilə mümkün olub.

Məlum olub ki, qalıqlar ABŞ Sahil Mühafizəsinin zabiti Qlen Napoleon Berbejə məxsusdur. O, 1981-ci ilin martında Nyu-Cersiyə gəlib, hava limanından baqajını götürüb və bundan sonra müəmmalı şəkildə yoxa çıxıb. 23 mart 1981-ci ildə onun itkin düşdüyü elan edilib.

Son tapıntıya baxmayaraq, polis Berbejə əslində nə baş verdiyini hələ də bilmir. Hadisə ilə bağlı araşdırma davam edir.

Daha əvvəl ABŞ-nin Santa-Kruz dairəsinin polisi 48 il əvvəl Pataqoniya gölünün parkında tapılan insan qalıqlarının Kanada vətəndaşına məxsus olduğunu açıqlamışdı. Qalıqlar gölün sahilində aşkarlanmış, yaxınlıqda isə heç bir sənəd tapılmamışdı.

Nurəddin Abdullayev
Gundelik.az