Gundelik.az Dünya 300 il əvvəl batan gəmidən milyardlarla dollarlıq xəzinə tapıldı
Dünya Xəbərlər

300 il əvvəl batan gəmidən milyardlarla dollarlıq xəzinə tapıldı

Kolumbiya sahillərində batmış gəmidə 300 illik tarixə malik qızıl sikkələr aşkarlanıb.

Gundelik.az “Live Science” nəşrinə istinadən xəbər verir ki, mütəxəssislər gəminin yükünü tarixin ən böyük xəzinələrindən biri adlandırırlar.

Onlar gəmidə olan xəzinənin dəyərinin milyardlarla dollar dəyərində qiymətləndirirlər.

Kolumbiya hakimiyyəti batan gəmiyə yüklərinin fotolarını çəkmək üçün uzaqdan idarə olunan qayıqlar göndərib. Beləliklə, onlar gəmidə qalan qızıl sikkələri görə biliblər. Onların ətraflı müayinəsi əfsanəvi gəminin Karib dənizində tapıldığını təsdiqləyib.

Xatırladaq ki, sözügedən gəmi 1708-ci ildə Boliviya mədənlərindən gümüşlə Avropaya qayıdarkən Kolumbiya sahillərində batıb.

Gundelik.az 

Exit mobile version