Cari ilin yanvar-aprel aylarında Azərbaycanla Yaponiya arasında ticarət əməliyyatlarının həcmi 131,390 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 42,1 milyon ABŞ dolları və ya 47,1% çoxdur. Hesabat dövründə Yaponiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,78%-i həcmində olub.
Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Yaponiyaya 4,640 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə təqribən 1 milyon ABŞ dolları və ya 18% azdır.
Həmçinin 2025-ci ilin yanvar-aprel aylarında Yaponiyadan Azərbaycana 126,750 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 43,1 milyon ABŞ dolları və ya 51,5% artım deməkdir.
Gundelik.az


