Gundelik.az Elm və təhsil Ədəbiyyat 25 Sentyabr – Ədəbiyyatşünas, tənqidçi Asif Atanın 90 illiyi, (1935-1997)
Ədəbiyyat

25 Sentyabr – Ədəbiyyatşünas, tənqidçi Asif Atanın 90 illiyi, (1935-1997)

Əfəndiyev Asif Qasım oğlu 1935-ci il sentyabrın 25-də Qərbi Azərbaycanın Çəmbərək rayonunun Çaykənd kəndində, müəllim ailəsində anadan olmuşdur. İlk təhsilini doğulduğu kənddə almış, orta təhsilini Gəncə şəhərində davam etdirmiş, 1951ci ildə Ağstafa şəhərində başa vurmuşdur. Mətbuatda ilk dəfə 1952-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunan “Məktəb xatirələri” şeiri ilə çıxış etmişdir. 1952-1957ci illərdə Moskvadakı M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyub. M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda, Dillər Universitetində, Bakı Musiqi Akademiyasında, Bakı Dövlət Universitetində Qərb ədəbiyyatı, rus ədəbiyyatı, estetika, fəlsəfə, incəsənət tarixi fənlərindən mühazirələr oxuyub. Azərbaycan Milli

Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda baş elmi işçi vəzifəsində işləmişdir (1969-1975). Onun yalnız dünyabaxışını əhatə edən əsərləri 44 kitabdan ibarətdir. “Dairələr”, “İnsan yolu”, “tarixə çatmaq fəlsəfi-bədii tənqidində insan və müasir həyat problemi qoyulmuşdur.    Əfəndiyev Asif Qasım oğlu yetmişədək dərc edilmiş fəlsəfi kitabın müəllifidir. İnam Ata 6 iyun 1997-ci ildə aramızdan gedib. Son mənzili  Ağstafadadır.

Əsərləri: “Müdriklik səlahiyyəti” (1976), “İnam və şübhə”(1988), “Mütləqə inam” (1999), “Yol” (1994), “Həqiqət azadlığı” (2000), “İnsanilik imkanı” (2000), “Mahiyyət” (2000), “Mütləqilik” (1999).

Gundelik.az

Exit mobile version