Gundelik.az Xəbərlər İqtisadiyyat Qətərdən Azərbaycana pul axını KƏSKİN ARTIB
İqtisadiyyat Xəbərlər

Qətərdən Azərbaycana pul axını KƏSKİN ARTIB

Bu ilin birinci yarımilində Qətərdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 8,395 milyon ABŞ dolları təşkil edib.

Gundelik.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,234 milyon ABŞ dolları və ya 62,7% çoxdur.

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Qətərin payı 1,6% təşkil edib. Bununla da Qətər dövr ərzində Azərbaycana ən çox pul daxilolmaları üzrə 11-ci pillədə qərarlaşıb.

2024-cü ilin birinci yarımilində Qətərdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 5,161 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 238,180 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 21,420 milyon ABŞ dolları və ya 8,2% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 533,957 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin birinci yarımilindəki göstərici ilə müqayisədə 33,847 milyon ABŞ dolları və ya 6% azdır.

Gundelik.az

Exit mobile version