25 Sentyabr – Ədəbiyyatşünas, tənqidçi Asif Atanın 90 illiyi, (1935-1997)
Əfəndiyev Asif Qasım oğlu 1935-ci il sentyabrın 25-də Qərbi Azərbaycanın Çəmbərək rayonunun Çaykənd kəndində, müəllim ailəsində anadan olmuşdur. İlk təhsilini doğulduğu kənddə almış, orta təhsilini Gəncə şəhərində davam etdirmiş, 1951ci ildə Ağstafa şəhərində başa vurmuşdur. Mətbuatda ilk dəfə 1952-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunan “Məktəb xatirələri” şeiri ilə çıxış etmişdir. 1952-1957ci illərdə Moskvadakı M.Qorki
