İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Tarixdə bu gün

23 İyun – Xalq artisti, rejissor Gülcahan Güləhmədovanın – Martınovanın 100 iliyi, (1925-2018)

Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova (1925) —Azərbaycan teatr və televiziya rejissoru, Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı, professor.

Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova 1925-ci il iyunun 23-də Bakı şəhərində anadan olmuşdur. 30 il ərzində Səməd Vurğun adına Rus Dram teatrında quruluşçu rejissor olmuşdur. Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatıdır. Tələbələri arasında “Qran-pri” laureatı, La Skala teatrının solisti, çoxsaylı müsabiqələrin laureatları və diplomatları, Xalq və Əməkdar artistləri, Respublika və xarici opera teatrlarının (Almaniya, Türkiyə, Misir, Fransa, Boliviya) solistləri vardır. Onun tərəfindən 70-dən çox əsər tamaşaya qoyulmuşdur: Şekspir, Şiller, Rostan, Fr. Saqan, İ. Əfəndiyev, M. İbrahimov, Verdi, Çaykovski, Bize, Motsart, Çimaroza, Hacıbəyov, Əmirov, Rimski-Korsakov. Filmoqrafiya: Sən həmişə mənimləsən (film, 1987)

Gundelik.az