İyul 8, 2026
Baku
Ədəbiyyat Mədəniyyət və cəmiyyət Tarixdə bu gün

23 İyun – Yazıçı Əkbər Əkbərovun 105 illiyi, (1920-1995)

Əkbərov Əkbər Həzrətqulu oğlu nasir, 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan Əməkdar müəllimi (1978), SSRİ Maarif əlaçısı (1985).

Əkbərov Əkbər Həzrətqulu oğlu 1920-ci il iyunun 23-də İliç rayonunun Qarabağlar kəndində anadan olmuşdur. Naxçıvan pedaqoji texnikumunu bitirdikdən sonra Şərur rayonundakı Qarabağlar kəndində müəllimlik etmişdir (1939-1940). Ədəbi fəaliyyətə 1957-ci ildə “Molodyoj Azerbaydjana” qəzetində çıxan “Za çertoy” adlı ilk hekayəsi ilə başlamışdır. Həmin il SSRİ Daxili İşlər Nazirliyi tərəfindən keçirilən Ümumittifaq Ədəbiyyat müsabiqəsində “Uspex” hekayəsinə görə üçüncü mükafata layiq görülmüşdür. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı (1960), “II dərəcəli Vətən müharibəsi” (1944), “I dərəcəli İkinci Dünya müharibəsi ordeni” (1985) və medallarla təltif olunmuşdur. Azərbaycan Təhsil Muzeyində pedaqoji iş təcrübəsini öyrənmək məqsədilə xüsusi guşə açılmışdır. Əkbər Əkbərov 1995-ci il yanvarın 25- də Bakıda vəfat etmişdir.
Əsərləri: “Doroqoy jizni” (1959), “Nezrimıy poyedinok” (1962), “Delo jizni” (1980), “Polad sınar, əyilməz” (1984), “Ürək parası” (1990) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S

Gundelik.az