Gundelik.az Dünya 2 min lirəlik gül buketinin qiymətini öyrənən kişi həyat yoldaşına gül əvəzinə 100 dollar verdi
Dünya Xəbərlər

2 min lirəlik gül buketinin qiymətini öyrənən kişi həyat yoldaşına gül əvəzinə 100 dollar verdi

Gül buketinin 2 min lirə olduğunu öyrənən bir kişi həyat yoldaşına gül almaq əvəzinə 100 dollar hədiyyə edib.

Gundelik.az Türkiyə mediasına istinadən xəbər verir ki, gül qiymətlərinə etiraz edən kişi: “2 min lirəni çobanyastığına verəcəyimə, arvadıma 100 dollar verərəm. Güle-gülə xərclə. 2 min lirəyə çobanyastığı olar?” – deyə bildirib.

Gül qiymətləri xüsusi günlərdə həyat yoldaşına və ya sevgilisinə jest etmək istəyənlərin cibini yandırmaqda davam edir. Son olaraq yayılan bir video bahalaşan gül qiymətlərinə etiraz edən kişinin qeyri-adi həlli ilə gündəmə gəlib.

2 min lirəyə çobanyastığı olar?

Həyat yoldaşına jest etmək üçün gül mağazasına gedən kişi sadə bir çobanyastığı buketinin 2 min lirə olduğunu öyrənib. Qiyməti həddindən artıq baha hesab edən kişi bu pulu bir buket gülə vermək əvəzinə maraqlı üsula əl atıb.

Həyat yoldaşına gül əvəzinə 100 dollar verdi

Həyat yoldaşına gül almaq əvəzinə birbaşa 100 dollar hədiyyə edən kişi həmin anları lentə alan həyat yoldaşına da münasibətini bildirib.

Gül qiymətlərinin artmasına etiraz edən kişi deyib:

“2 min lirəni çobanyastığına verəcəyimə, arvadıma 100 dollar verərəm. Güle-gülə xərclə. 2 min lirəyə çobanyastığı olar?”

Nurəddin Abdullayev
Gundelik.az

Exit mobile version