Gundelik.az Tarixdə bu gün 29 Sentyabr – Ümumdünya Dəniz Gün
Tarixdə bu gün Xəbərlər

29 Sentyabr – Ümumdünya Dəniz Gün

Hər il sentyabr ayının son həftəsində Ümumdünya Dəniz Günü qeyd olunur.

Gündelik.az xəbər verir ki, ümumdünya Dəniz Günü Hökumətlərarası Dəniz Təşkilatının Assambleyasının 1977-ci ilin noyabrında keçirilən 10-cu sessiyasında qəbul edilmiş qərara əsasən təsis olunub və ilk dəfə 1978-ci ildə qeyd edilib. 1980-ci ilə qədər bu əlamətdar gün martın 17-də qeyd olunurdu. Hazırda isə Ümumdünya Dəniz Günü sentyabr ayının son həftəsində keçirilir.

Bu günün əsas məqsədi ictimaiyyətin, dövlət və özəl qurumların diqqətini dənizlərin və onların bioresurslarının qorunmasına yönəltməkdir.

Ümumdünya Dəniz Günü çərçivəsində ənənəvi olaraq dəniz və okeanların insan həyatı üçün əhəmiyyəti, sualtı dünyanın zənginliyi, eləcə də dənizlərin qorunmasında hər bir insanın üzərinə düşən məsuliyyət barədə müxtəlif tədbirlər, müsabiqələr və festivallar təşkil olunur.

Bir sıra ölkələrdə ictimai təşkilatlar bu günü dənizlərin və sahillərin mühafizəsinə həsr olunan aksiyalar, yürüşlər və çimərliklərin təmizlənməsi tədbirləri ilə qeyd edirlər.

Ümumdünya Dəniz Gününün qeyd olunma tarixi hər bir dövlət üçün həmin ölkənin Beynəlxalq Dəniz Təşkilatına üzv qurumları tərəfindən müəyyən edilir. Azərbaycanda isə bu əlamətdar gün 29 sentyabr tarixində qeyd olunur.

“Mən çoxdan vurğunam sənə,
Böyük arzum budur yenə:
Dönüb bir göy göyərçinə,
Sahilinə qonam, dəniz”.

Rəsul Rza

Gundelik.az

Exit mobile version