İyul 8, 2026
Baku
Ədəbiyyat Tarixdə bu gün Xəbərlər

15 Mart – Şair, tərcüməçi İsa İsmayılzadənin 85 illiyi, (1941-1997)

İsa İsmayılzadə 1941-ci il martın 15-də Gürcüstanın Qarayazı rayonunda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1958- 1963).Ədəbi fəaliyyətə tələbəlik illərində “Aprel çiçəkləri” (1959) almanaxında və “Azərbaycan gəncləri” qəzetində (19 iyun 1961-ci il) çap etdirdiyi ilk şeiri ilə başlamışdır. O, Qardabanidə orta məktəbdə müəllim (1963-1964), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında elmi redaktor (1966-1968), “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini, “Ulduz” jurnalı redaksiyasında şöbə müdiri (1968-1981), “Azərbaycan” jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində işləmişdir (1981-ci ildən ömrünün sonunadək). Eyni zamanda Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin musiqili veriliş baş redaksiyasında (müqavilə ilə) musiqi mətnləri şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir (1994-cü ildən). Şeir və poemaları keçmiş SSRİ xalqlarının dillərinə, habelə bir sıra xarici dillərə tərcümə edilmişdir. Öz yaradıcılığında poetik  tərcüməyə də xüsusi diqqət vermiş, sosialist ölkələri yazıçılarının Moskvada keçirilən birinci Beynəlxalq simpoziumunda (1977), Asiya və Afrika ölkələri yazıçılarının Yurmalada keçirilən seminar-müşavirəsində (1978) iştirak etmişdir. 1997-ci il iyulun 14- də vəfat etmişdir.
Əsərləri: “Ulduzların ad günü”(1968), “İşıqlı yarpaqlar” (1972), “Torpaq nəğməsi” (1977), “Ömrümdən keçən qatar” (1980), “Salam, Yer kürəsi” (1982), “Anamla söhbət”
(1985), “Yelləncəkdə yellənən külək” (1985), “Gedim anamdan soruşum” (1987), “Bir ömürlük gecə (şeirlər və poemalar)” (1989), “Seçilmiş əsərləri” (1991), “Vurağan,
tutağan, yatağan” (1992) və s.
Filmoqrafiya: Qarabağ bülbülləri (film, 1977), Belə bir şəhər var (film, 1982), Bəyin oğurlanması (film, 1986), İntizar (film, 1986)

Gundelik.az