İsrailin əsas məhkəmə idarəsi Baş nazir Benyamin Netanyahunun korrupsiya ittihamları ilə bağlı uzun müddətdir davam edən cinayət məhkəməsində əfv olunmasını tövsiyyə etməkdən imtina edərək, cənab Netanyahunun yalvarışlarını və Prezident Trampın ittihamları ləğv etmək üçün etdiyi güclü təzyiqi rədd edib.
Ofis çoxdan gözlənilən rəyində yazıb ki, cənab Netanyahu günahsız olduğunu iddia etdiyi müddətcə onun əfv tələbi ilə bağlı qərar qəbul etmək yersiz olardı. Ofis bildirib ki, əvvəlcə günahkarlığının etirafı, istehfası və ya günahkarlıq hökmü çıxarılmalıdır.
Cənab Netanyahu 2019cu ildə rüşvətxorluq, fırıldaqçılıq və etibardan sui-isdifadə ittihamları ilə ittiham olunub, varlı media rəhbərlərindən rüşvət almaqda və rəsmi hərəkətləri əlverişli işıqlandırma müqavilində dəyişdirməyi təklif etməklə ittiham olunub. O, polis və prokrorları onu hakimiyyətdən uzaqlaşdırmaq üçün məhkəmə sisdemindən isdifadə etməklə sui-qəsddə ittiham edib.
Lakin ötən il o, İsrail prezidenti İsaak Herzoqdan əfv istəməyə başlayıb və idia edib ki, məhkəmədə bəraət qazanmaqla adını təmizləmək istəsə də, İsrail üçün məhkəmənin qısaldılmasının daha yaxşı olduğunu və dövlətin vacib məsələlərinə diqqətini yayındırmadan baxa bilməsi üçün daha yaxşı olduğunu bildirib.
Cənab Herzoq Ədliyyə Nazirliyinin əfv tələbini nəzərdən keçirməsini və rəsmi tövsiyyə verməsini gözləməkdə israrlıdır. Bu, cənab Trampı onu dəfələrlə tənqid etməyə vadar etdi və ən son olaraq çərşənbə günü Axios-a verdiyi müsahibədə cənab Tramp İsrail prezidentini “axmaq” və “zəif və acınacaqlı bir adam” adlandırıb.
Nazirlik yazır ki, cinayət məhkumluğundan əvvəl yalnız bir dəfə əfv fərmanı verilib. Nazirlik yazır ki, həmin işdə əfv fərmanının alanları – 1984cü ildə avtobus qaçılırdıqdan sonra əsir götürülmüş iki fələsdinlini qətlə yetirməkdə ittiham olunan təhlükəsizlik işciləri – artıq günahlarını etiraf edib və vəzifələrindən istehfa veriblər. “Biz hələ şumlanmamış hüquq sahəsindəyik”- deyə məlumat bildirilir.
Cənab Netanyahunun ofisi və vəkili şərh tələblərinə dərhal cavab verməyib.
Əfv departamenti yazır ki, Netanyahunun əfv istəkdən başqa seçimi də var, o cümlədən İsrailin baş prokrorundan cinayət işi üzrə məhkəmə prosesinin dayandırılmasını tələb etmək.
Nazirlik yazır ki, Herzoqdan əfv istəmək, işi məhkəmə sistemindən faktiki olaraq əlindən almaqla hakimiyyət bölgüsü ilə bağlı narahatlıqları da artırır. 1984cü il işində əfv fərmanı – hazırki prezidentin atası, o vaxtki prezident Xaim Herzoq tərəfindən – cinayət işi başlamazdan əvvəl verilib. Bunun əksinə olaraq, cənab Netanyahunun məhkəməsi illərdir davam edir və onlarla şahid artıq ifadə verib.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: The New York Times
Gundelik.az
