Avqust 25, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

12 min insan araşdırıldı: 45–65 yaş arasında bu 3 vərdiş demensiyanı 12,6 il gecikdirir

ABŞ və Çin alimlərinin 12 mindən çox insan üzərində apardığı uzunmüddətli araşdırma göstərib ki, orta yaşlarda damar sağlamlığını qorumaq demensiya riskinə əhəmiyyətli təsir göstərir. Qan təzyiqini nəzarətdə saxlamaq, diabetdən qorunmaq və siqaret çəkməmək demensiyanın başlanmasını orta hesabla 12,6 il gecikdirir. Tədqiqatçılar xüsusilə 45–65 yaş arasındakı dövrün beyin sağlamlığı baxımından kritik əhəmiyyət daşıdığını vurğulayıblar.

Təxminən 26 il davam edən araşdırma orta yaşda görüləcək üç əsas tədbirin demensiya inkişaf etmədən keçirilən müddəti 12,6 il uzada biləcəyini göstərib.

ABŞ və Çin alimlərinin 12 mindən çox insanın iştirakı ilə apardığı uzunmüddətli tədqiqat orta yaşlarda damar sağlamlığının qorunmasının demensiya riskinə əhəmiyyətli təsir göstərə biləcəyini ortaya qoyub.

Araşdırmaya görə, qan təzyiqini nəzarətdə saxlamaq, diabetdən qorunmaq və siqaretdən uzaq durmaq demensiyanın başlanmasını orta hesabla 12,6 il gecikdirir.

Təxminən 26 il davam edən araşdırmada 12 min 409 nəfərin sağlamlıq məlumatları təhlil edilib.

Neurology Open Access jurnalında dərc olunan nəticələr xüsusilə 45–65 yaş arasındakı dövrün beyin sağlamlığı baxımından kritik olduğunu göstərib.

45–65 yaş aralığı niyə vacibdir?

Alimlər yüksək qan təzyiqi, diabet və siqaret istifadəsinin damar quruluşuna zərər verdiyini, bunun isə yaş artdıqca demensiya riskini yüksəldə biləcəyini bildiriblər.

Bu üç risk faktorunun hamısına sahib olan insanların daha erkən yaşda demensiyaya tutulmaq və daha erkən həyatını itirmək ehtimalının daha yüksək olduğu müəyyən edilib.

Tədqiqatın müəlliflərindən biri, Nyu-York Universitetinin Langone Sağlamlıq Mərkəzinin epidemioloqu Josef Coresh orta yaşlarda bu risklərdən uzaq durmağın beyin sağlamlığını 10 ildən artıq müddət ərzində qorumağa kömək edə biləcəyini bildirib.

Araşdırmada üç risk faktoruna sahib qadınların demensiya inkişaf etmədən keçirdikləri müddətin orta hesabla 18,1 il, kişilərdə isə 16,6 il olduğu hesablanıb.

Tədqiqatçılar araşdırmanın birbaşa səbəb-nəticə əlaqəsini sübut etmədiyini, lakin damar sağlamlığı ilə demensiya arasında güclü əlaqənin olduğunu ortaya qoyduğunu vurğulayıblar.

Alimlər siqareti tərgitmək və qan təzyiqini azaltmaq kimi həyat tərzi dəyişikliklərinin demensiya riskini nə dərəcədə azalda biləcəyinin gələcək araşdırmalarda daha ətraflı öyrəniləcəyini bildiriblər.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az