Yay aylarında isti və rütubətli hava bakteriya və mikroorqanizmlərin daha sürətlə çoxalmasına səbəb olur. Xüsusilə açıqda saxlanılan qidalar, düzgün şəraitdə saxlanılmayan məhsullar və gigiyena qaydalarına əməl edilməməsi qida zəhərlənmələrinin artmasına gətirib çıxarır. Bu dövrdə uşaqlar, yaşlılar və immun sistemi zəif olan insanlar daha yüksək risk altındadır.
Yay istisi təkcə istirahət və dincəlmə dövrü deyil, həm də infeksiya riskini artırır. İsti və rütubətli hava bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır.
Bu səbəbdən ürəkbulanma, qusma, ishal, qarın ağrısı və hərarət kimi şikayətlər daha çox müşahidə olunur. Uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslər ən həssas qruplar hesab olunur.
İnfeksion xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi Dr. Dilek Leyla Mamçu bildirir ki, xüsusilə toyuq əti, mayonezli yeməklər, dəniz məhsulları və krem əsaslı şirniyyatlar yay aylarında daha diqqətlə istehlak edilməlidir. Açıqda satılan və günəş altında qalan qidalar da risklidir.
Təkcə qidalar deyil, çirkli göl və çay suları da ciddi təhlükə yarada bilər.
Bakteriyalar, viruslar və parazitlər həzm sistemi infeksiyalarına səbəb olur.
Yay mövsümündə göz və dəri infeksiyalarının da artdığı müşahidə edilir.
Hovuzlar hər zaman təhlükəsiz deyil. Düzgün təmizlənməyən hovuzlar qulaq, göz və göbələk infeksiyalarına səbəb ola bilər.
Təbiətə çıxışlarla birlikdə gənə riski də artır. Mütəxəssislər gənə aşkar edildikdə ona özbaşına müdaxilə edilməməsini və dərhal tibb müəssisəsinə müraciət edilməsini tövsiyə edir.
Parazit infeksiyaları da yayda daha asan yayılır. Yaxşı yuyulmamış meyvə-tərəvəzlər və çirkli su əsas yoluxma mənbələridir.
Risk qrupları daha diqqətli olmalıdır: uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliyi olan insanlar.
Sadə tədbirlər böyük fərq yaradır: əl gigiyenası, qidaların düzgün saxlanması, təmiz su istifadəsi və meyvə-tərəvəzlərin yaxşı yuyulması yay infeksiyalarına qarşı ən güclü qorunmadır.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

