İyul 8, 2026
Baku
Ədəbiyyat Tarixdə bu gün

1 Dekabr – Yazıçı, publisist, tərcüməçi Rafiq Savalanın 85 illiyi, (1940)

Ağayev Rafiq İmanqulu oğlu (d.1 dekabr 1940) — nasir, publisist, tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar  Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1976), Jurnalistlər  Birliyinin “Qızıl qələm” mükafatı laureatı (1971)

   Ağayev Rafiq İmanqulu oğlu 1940-cı il dekabrın 1-də Bakışəhərində fəhlə ailəsində anadan olmuşdur. İbtidai təhsilini Bakıda, orta təhsilini Neftçalada almışdır. Eyni zamanda neft mədənlər idarəsinin elektrik quraşdırma sexində fəhlə işləmişdir (1956-1958). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1958-1964). Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Azərbaycan radiosu təbliğat və xəbərlər baş redaksiyasında müxbir kimi başlamışdır (1964-1966). Orada kiçik redaktor, böyük redaktor, siyasi icmalçı (1966-1975), radionun uşaqlar üçün proqram baş redaksiyasının baş redaktoru (1975-1996) vəzifələrində çalışmışdır. Hər bazar günü uşaqların maraqla dinlədikləri “Biləyən” radio verilişinin yaradıcısı, müəlliflərindən biri və redaktoru olmuşdur (1975-ci ildən). Ədəbi fəaliyyətə 60-cı illərdən başlamışdır. Onun hekayələri, felyetonları, publisist yazıları və tərcümələri dövri mətbuatda müntəzəm çap olunur, efirdə səslənir. Son illər televiziya və dövri mətbuatda islam tərbiyəsi mövzusunda çıxışlar edir, “İmam Əli” (22 seriya) və “İmam Rza” (29 seriya) fılmlərinin dublyajına başçılıq  etmişdir.

 Əsərləri: “Nigarın nağılları” (1979, “Ağ qızılın nağılı” (1985)

Tərcümələri: L.N.Tolstoy. Əsərləri. XII c, 1983, L.N.Tolstoy. Əsərləri. XVI 1984, V.V.Ovçinnikov. Palıd kökləri. 1985, F.Məmmədova. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası. 1990 və s.

Filmoqrafiya: Dağlı çörəyi (film, 2007

Gundelik.az