Ukrayna Prezidenti Volodimir Zelenski alman jurnalistə verdiyi xüsusi müsahibədə Rusiya-Ukrayna müharibəsinin gedişatı barədə fikirlərini bölüşüb. O bildirib ki, müharibənin qısa müddətdə başa çatması Qərbin qəti addımlarından asılıdır.
Zelenski deyib:
“Əgər ABŞ və Avropa güclü mövqe sərgiləsə, Rusiyanın neft və qazını almasa, insanlar bəyan etdikləri prinsiplərin arxasında dayansa və Rusiyaya qarşı təzyiq güclü və aydın olsa; bütün bunlar düzgün işləsə, müharibə mümkün olan ən qısa müddətdə başa çatacaq.”
O əlavə edib ki, bu sanksiyalar və təzyiq kifayət qədər güclü olmazsa, müharibə uzanacaq:
“Əks halda, bu, bizim düşündüyümüzdən daha uzun çəkəcək. Adi insanlar həqiqətən bunun sabah, hətta bizim ifadəmizlə desək ‘dünən’ bitməsini istəyir. Amma nə olursa olsun, Rusiyanın bizi işğal etməyə kifayət qədər gücü yoxdur. Sadəcə olaraq belə bir gücləri yoxdur.”
Mənbə: Haber Global
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
