Oktyabr 7, 2026
Baku
Ölkə Xəbərlər

Zəngilanda yaşayış məhəlləsinin tikintisi üzrə növbəti işlərə başlanılır

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Zəngilan şəhərində yerləşən 2-ci yaşayış məhəlləsində tikinti-quraşdırma işlərinə müəllif nəzarətinin həyata keçirilməsi üçün “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə müqavilə imzalayıb.

Gundelik.az-ın əladə etdiyi məlumata görə, müqavilənin ümumi dəyəri 67 797 manat təşkil edir.

Sənədə əsasən, “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu yaşayış məhəlləsində aparılacaq tikinti-quraşdırma işlərinin layihəyə uyğun həyata keçirilməsinə müəllif nəzarəti göstərəcək.