Zəngilan 2C (4-cü məhəllə) yaşayış məhəlləsinin tikinti-quraşdırma işləri aparılacaq.
Gundelik.az bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir.
Məlumata əsasən, Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla əlaqədar müvafiq hazırlıqlara başlayıb.
Tikinti-quraşdırma işlərinə 26,8 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.
