Gundelik.az Xəbərlər İqtisadiyyat Yunanıstan Azərbaycandan məhsul alışını 60%-dən çox artırıb
İqtisadiyyat

Yunanıstan Azərbaycandan məhsul alışını 60%-dən çox artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Yunanıstan arasında ticarət əməliyyatlarının həcmi 139,7 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 51,6 milyon ABŞ dolları və ya 58,6% çoxdur.

Hesabat dövründə Yunanıstan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,57%-i həcmində olub.

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Yunanıstana 127 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,8 milyon ABŞ dolları və ya 60,3% çoxdur.

Eyni zamanda, hesabat dövründə Yunanıstandan Azərbaycana 12,7 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 milyon ABŞ dolları və ya 43% artım deməkdir.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.

Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və 1,7 milyard dollar və ya 69,2% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azdır.

Gundelik.az

Exit mobile version