İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Yoldaşlıq oyunu zamanı xəstələnən Kristian Eriksenin vəziyyətinin yaxşı olduğu bildirilir

Ötən bazar günü Ukrayna ilə oyunda huşunu itirən Eriksen ailəsi ilə birlikdə evdə sağalır. Eriksen əvvəllər 2021-ci ildə Avropa çempionatı matçında infarkt keçirmişdi.

Bazar günü keçirilən oyun zamanı qəfil huşunu itirən 34 yaşlı danimarkalı futbolçu Kristian Eriksen müalicəsini evdə davam etdirir. Onun “vəziyyətinin yaxşı” və “əhval-ruhiyyəsinin yaxşı” olduğu deyilir. Danimarkanın Odense şəhərində keçirilən Ukrayna ilə yoldaşlıq oyununda “Volfsburq”un yarımmüdafiəçisi Eriksen hər iki əli ilə sinəsini tutaraq yerə yıxılıb.

Hadisədən sonra matç dayandırılıb. Eriksenin huşunda olduğu bildirilib.

“Tottenhem” və “Mançester Yunayted”in keçmiş oyunçusuna 2021-ci ildə Avropa çempionatı matçı zamanı ürək tutmasından sonra kardiostimulyator implantasiya edilmişdi. Eriksen İnstaqram hesabında paylaşım edərək “bu, 2021-ci ildə baş verənlərdən fərqli bir vəziyyətdir” və “o, artıq özünü yaxşı hiss edir” deyə yazıb. Danimarkanın Baş naziri Mette Frederiksen də bazar günü Facebook-da paylaşım edərək “bu vəziyyətdən təsirlənən Kristian Eriksenə və onun ətrafındakı hər kəsə ən xoş arzularını” bildirib.

Bazar günü baş verən hadisədən sonra Danimarka milli komandasının həkimi Morten Bosen dedi: “Gördüyüm qədəriylə, kardiostimulyator lazım olduğu kimi reaksiya verdi”.

Boesen həmçinin bildirib ki, federasiya “oyunçular və məşqçi heyəti ilə yaxından maraqlanır və onlarla müntəzəm əlaqə saxlayır”.

 

 

Mənbə : euro news

Tərtib etdi: Jalə Əliyeva

Gundelik.az