Gundelik.az Xəbərlər Aktual Yeni Təhsil İslahatları:Elm və Təhsilin inteqrasiyası ilə gələcəyə doğru addımlar
Aktual Elm və təhsil

Yeni Təhsil İslahatları:Elm və Təhsilin inteqrasiyası ilə gələcəyə doğru addımlar

Günümüz dünyasında təhsil sistemi daim inkişaf edir və bu inkişafda əsas rolu elm və texnologiya oynayır. Xüsusilə XXI əsr, təhsilin və elmin inteqrasiyasının vacib olduğu bir dövrdür. Bu inteqrasiya, təhsilin gələcəyini formalaşdıran, inovasiyaları artıran və insan resurslarını gələcəkdə daha effektiv istifadə etməyə imkan verən bir elementdir.Azərbaycanda son dövrlərdə həyata keçirilən təhsil islahatları da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Elm və təhsilin bir-biri ilə sıx inteqrasiyası nəticəsində əldə olunan uğurlar, ölkəmizin təhsil sahəsində irəliləyişini təmin edəcəkdir. Təhsil və elm arasında qarşılıqlı əlaqə, müasir təhsil sistemlərinin əsas prinsipinə çevrilib. Bu inteqrasiya təhsilin yalnız akademik biliklərlə məhdudlaşmaması, həmçinin praktiki tətbiqlərlə zənginləşdirilməsi anlamına gəlir. Elm, texnologiya və innovasiyalar təhsil prosesində yeni yanaşmaların və metodların tətbiqinə yol açır. Bu da öz növbəsində şagirdlərin və tələbələrin təkcə nəzəri biliklərə yiyələnməsini deyil, həm də bu bilikləri real həyatda necə tətbiq etməyi öyrənmələrini təmin edir.Elm və təhsilin inteqrasiyası, həmçinin ölkənin iqtisadi inkişafı üçün də önəmlidir.

Azərbaycanda Təhsil İslahatlarının Məqsəd və Hədəfləri nələrdir?

Azərbaycanda son illərdə həyata keçirilən təhsil islahatları da bu istiqamətdə mühüm addımlar atılmasını təmin edib.Prezident İlham Əliyevin rəhbərliyi altında, təhsil sahəsində böyük dəyişikliklər baş verib. Təhsil islahatlarının əsas məqsədi, müasir dünya standartlarına uyğun, beynəlxalq miqyasda rəqabət apara biləcək təhsil sisteminin qurulmasıdır. Müasir təhsil metodlarının tətbiqi İnnovativ təhsil metodları, elektron təhsil platformalarının istifadəsi və s. Həmçinin, müasir təhsil metodlarının tətbiqi və innovativ texnologiyaların istifadəsi üçün təhsil işçilərinin hazırlığı da mühüm məsələlərdən biridir. Müəllimlərin təlim-təhsil bacarıqlarının artırılması və onların elm və texnologiya sahəsindəki yeniliklərə uyğunlaşdırılması vacibdir.Azərbaycanda elm və təhsilin inteqrasiyası, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə təhsil sisteminin inkişafını sürətləndirəcəkdir. Təhsil islahatlarının məqsədi yalnız məktəb və universitetlərin strukturunu dəyişdirmək deyil, həm də gənclərə müasir dünyada qarşılaşacaqları çağırışlarla mübarizə aparmaq üçün lazım olan bilik və bacarıqları qazandırmaqdır. Bu yolda atılacaq addımlar, Azərbaycanı gələcəyin lider ölkələrindən birinə çevirməyə imkan verəcəkdir.

Bakı Slavyan Universitetinin tələbəsi Fatimə Eynullazadə
Gundelik.az

Exit mobile version