Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı elm və təhsil sahəsində daha sistemli və əlaqəli idarəetmənin təşkili baxımından olduqca əhəmiyyətlidir. Bu, eyni zamanda, ölkəmizdə hər iki sahədə islahatların daha mütərəqqi forma və istiqamətlərini təşkil edəcəkdir. Burada olduqca mühüm nəticələrdən biri də, elmi tədqiqat institutlarının və mərkəzlərinin ali təhsil müəssisələrinin tabeliyinə verilməsi elmi tədqiqatların və bununla paralel olaraq tədris proseslərinin də koordinasiyalı, həmçinin daha əhatəli təşkilinə bolduqca əhəmiyyətli zəmin yaradacaqdır. Həmin tarixi Sərəncamın 1.1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təbii Ehtiyatlar İnstitutunun (Naxçıvan), Bioresurslar İnstitutunun (Naxçıvan), Batabat Astrofizika Rəsədxanasının (Naxçıvan) Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırıq verilmişdir. İnkişaf etmiş ölkələrin elm və təhsil proseslərinə diqqət etdikdə aydın olur ki, elmi tədqiqat müəssisələri və orada aparılan genişmiqyaslı araşdırmalar əsasən ali məktəblərin tərkibində daha səmərəli hesab olunur. Ölkəmizdə də bu sahədə müəyyən olunan yeni stiqamətlər və prioritetlərlə bu sahədə dünya təcrübəsindən faydalı şəkildə istifadə etməklə universitetlərin rolu daha aktual hesab olunur. Məhz Naxçıvan Dövlət Universitetinin də xüsusən də, son 5 ildə elm və tədris proseslərində əldə etmiş olduğu mütərəqqi nəticələr onunda elmi tədqiqatların davamlılığı sahəsindəki potensialına daha böyük inam qazandırmışdır. Yaxın gələcəkdə aydın olacaqdır ki, bəhs olunan elmi tədqiqat müəssisələrinin Naxçıvan Dövlət Universitetinin tabeliyindəki fəaliyyəti daha səmərəli olacaqdır. Mən 22 illik elmi fəaliyyətimin 15 ilini universitetimizin tabeliyinə verilən elmi tədqiqat institutlarının dəyərli əməkdaşları ilə bir yerdə işləmişəm. Onların kifayət qədər yüksək və çox istiqamətli elmi potensiallarınada yaxından bələdəm. Əminik ki, dövlətimizin gündəlik qayğı və diqqətindən güc alan hörmətli rektorumuzun rəhbərliyi ilə yeni inkişaf mərhələsində daha qürurverici elm və tədris göstəriciləri əldə olunacaqdır.
Xeyirli olsun.
Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
Gundelik.az

