Gundelik.az xəbər verir ki,bu gün Liviyanın cənub-qərbində yerləşən Takarkori qayalıq sığınacağından baxıldığında sonsuz qum təpələri və quraq torpaqlar görünür. Lakin təxminən 7000 il əvvəl bu ərazi yaşıl savannalar, ağaclar, daimi göllər və çaylarla zəngin, hipopotamlar və fillər kimi iri heyvanların yaşadığı qonaqpərvər bir mühit idi.İndi isə alimlər bu “yaşıl Səhranın” qədim sakinlərinin mənşəyini anlamaq üçün Takarkoridə basdırılmış iki qadının qalıqlarından ilk dəfə tam genom – yəni ətraflı genetik məlumat əldə etməyə nail olublar.Roma Sapienza Universitetinin Afrika arxeologiyası üzrə dosenti və tədqiqatın həmmüəllifi Savino di Lernia bildirib ki, bu iki skelet toxuma, dəri və vətərləri ilə birlikdə çox yaxşı qorunub saxlandığı üçün seçilib. Çərşənbə günü “Nature” jurnalında dərc olunan araşdırma, belə isti və quraq iqlim şəraitində insan qalıqlarından tam genomun çıxarıldığı ilk hal kimi tarixə düşüb.Genetik analiz gözlənilməz nəticələr verib: məlum olub ki, bu ərazidə yaşamış insanlar daha əvvəl elmə məlum olmayan, uzun müddət təcrid olunmuş bir əhali olub və on minlərlə il boyunca bu bölgədə yaşayıblar.Takarkori sığınacağında arxeoloqlar balıqla qidalanan, qoyun-keçi sürüsü saxlayan və 15 qadın və uşaqdan ibarət erkən insan cəmiyyətlərinin izlərini tapıblar. Bu kəşf, Afrikanın unudulmuş qədim insan tarixini yenidən yazmaq potensialına malikdir.
Gundelik.az

