İyul 8, 2026
Baku
Elm və təhsil

YENİ MİLLİ HƏDƏFLƏRİMİZDƏN BİRİ AZƏRBAYCANDA MEŞƏLƏRİN SAHƏSİNİ 5 İLDƏ 15, 10 İLDƏ 20 %-Ə ÇATDIRMAQ OLMALIDIR

Dünyada  meşələrin ümumi  sahəsi 4 milyard hektardır. Bunun təxminən yarsı 4 ölkənin payına düşür: Rusiya Federasiyasında 809 milyon ha., Braziliyada 478 milyon ha., Kanadada 310 milyon ha.,  ABŞ-da və 303 milyon hektarı meşə ərazisi vardır. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır.
Yerigəlmişkən Braziliya florası növ müxtəlifliyinə görə birinci yerdədəir- 40 min növ.
 Qafqazda 6500, Azərbaycanda 4500  bitki növü yayılmışıdr. .
Azərbaycanda meşələrin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir.
Azərbaycanda adambaşına 0,12 ha meşə düşür.
XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur.
Azərbaycanın  meşə ərazilərinin   49%-i Böyük Qafqazın, 34%-i Kiçik Qafqazın, 15%-i Talış zonasının  və  2%-i  Aran  zonasının (Naxçıvan MR ilə  birgə) payına düşür.
Meşələrdə ən çox fıstıq (31,68%), vələs (26,01%) və palıd (23,4%) cinsləri yayılmışdır.
Respublikamızın meşələrində 48 fəsiləyə, 135 cinsə mənsub olan 450 növ ağac və kollar bitir. Bu isə Resublika florasındakı bitki növlərinin 11-%-ni təşkil edir. Azərbaycan dendroflorasının tərkibində 70  endem növə təsadüf edilir. Bu da ümumi ağac və kol bitki növlərinin 16%-i deməkdir. Endem- yəni yalnız bir regionda bitən, ora üçün xüsusui, məxsusi olan, başqa yerdə rast gəlinməyən. Müqəddəs Yelena adasının florasının 85 %-i, Qalaqapos adalarının 97 %-i endem növlərdir.
       Aparılan təhlillərə görə  1975-ci ildə Azərbaycanda 24, 1984-cü ildə 28, 1989-cu ildə isə 45 növ nadir və nəslikəsilməkdə olan ağac və kol bitkiləri müəyyən edilmişdir. Hal-hazırda isə bu rəqm 200-ə yaxınlaşır..
 Meşələrimizdə  cavan ağaclar  11,2%, orta yaşlı ağaclar-63,3%.  yaşı ötümüşlər isə  -12,1%-ini təşkil edir. Ən çox karbon toplayanlar isə cavan ağaclardır. Digərləri topladıqlarını toplayıb, yerində durub. Meşələrimizdə  150 növ yabanı meyvə bitir.
YUNESKO-nun qiymətləndirməsinə görə son dövrlər yararlı əkin sahələrinin hər il 6 mln. Hektarı səhralaşma nəticəsində yararsız hala düşür. 10-12 milyon hektar meşə sahəsəi məhv olur. Respublikamızda ekoloji gərgin  rayonlardan hesab edilən Böyük Qafqazın Cənub yamaclarında meşələrin yuxarı sərhəddi 200-500 m aşağı enmiş, antropogen amillərin təsirindən torpaq erroziyası sürətlənmişdir.
Meşələrin təbiətdə ən böyük rolu – hər hektarın il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen ixrac etməsidir.
Meşələr  yerin quru hissəsinin 35 %-ni təşkil edir,   heyvan, həşarat, bitki növlərinin  80%-dən çoxuna ev sahibliyi edir.  1,6 milyarddan çox insan yaşayış, dolanışıq  üçün, təxminən 2 milyard insan,  isitmək üçün meşə odunundan asılıdır.
Meşəsizlik nə deməkdir:
Səhrəlaşma;
Əkinə yararsız torpaqlar;
Şoran torpaqlar;
Oksigensiz hava;
Tozlu hava;
Səs-küylü şəhər;
Bulaqların, çayların, artezanların quruması;
Quşların uçub getməsi;
Biomüxtəlifliyin evinin dağlması…
Sel, daşqın, sürüşmə,
Bəlkə də zəlzələ, Nuhun tufanı, bədbəxtlik, qiyamət…
Sadıq Qarayev. B.ü.f.d., dosent
Gundelik.az