Gundelik.az Dünya Yeni axtar rejmi aktiv olunub: Google jurnalistikaya müharibə elan etdi?
Dünya Xəbərlər

Yeni axtar rejmi aktiv olunub: Google jurnalistikaya müharibə elan etdi?

Google onlayn məlumat əldə etmək üsulunu əsaslı şəkildə dəyişir. Artıq mövcud olan süni intelektlə işləyən axtarış rejmi ilə internet saytlarına daxil olmaq artıq zərurət deyil. Bu məzmun istehsal edən qəzetlər və xəbər saytları üçün trafik itkisi və maliyyə itkisi deməkdir.

Ədliyyə İT eksperti Prof.Dr. Əli Muart Kırık məsələ ilə bağlı şərh edərək, “Google trafik itkisinə səbəb olan yeni Aİ axtarış rejmini aktivləşdirdi. Bundan sonra trafiki istədiyi kimi yönləndirəcək. Xüsusilə son dövrlərdə media və internetdə manipulasiyaların davam etməsi ilə Google qalmaqallı addım atdı. Bu, həm Amerikada, həm də Avropa Birliyində bir çox saytların bağlandığı xəbərləri yayılıb. Axtarış proqramının Aİ rejmindən istifadə edərək məzmunu və xəbərləri axdararkən, yalnız kiçik bir veb-sayt ünvanı verilir. İstifadəçilər yalnız bu sayta daxil olmaqla xəbərlərin tam məzmununa daxil ola bilərlər. Yəni Google xəbərləri onların adından toplayır, yönləndirir və təqdim edir. Bu vəziyyət trafikin azalmasına gətirib çıxarır, eyni zamanda xəbərlərdə dezinformasiyaya, manipulasiyaya, yalnış yönləndilməsə səbəb olur.”

Britaniyanın Daily Mail qəzeti bu xüsusiyyətə görə onun daxil olma müddətini yarıya qədər azaldığını iddia edir. Avropa Komissyası Googl ilə bağlı araşdırmağa başlayıb.

Əli Murat Kırık, “Google burda əsas məqsədi müəllifi hüquqi ödənişlərindən yayındırmaq, internet saytlarına qonorar ödəməkdən yayınmaq və beləliklə, istifadəçilərə xəbərləri birbaça ilkin mənbələrdən çatdırmaqdır. Lakin onun hansı məzmunu hansı mənbələrdən və necə əldə etdiyi ilə bağlı heç bir izah yoxdur.”

Tərtib edən: Cəfərova Kəmalə

İstinad: CNN Türk

Gundelik.az

Exit mobile version