Gundelik.az Dünya Google süni intellektlə işləyən axtarışı mübahisələrə səbəb olub
Dünya Xəbərlər

Google süni intellektlə işləyən axtarışı mübahisələrə səbəb olub

Google, ABŞ və Avropada məzmun yaradıcıları üçün əhəmiyyətli vaxt itkilərinə səbəb olduğu iddia edilən süni intelektlə işləyən axtarış rejmini Türkiyədə istifadəyə verib. Yeni sistemdə istifadəçiləri birbaşa müvafiq sayta yönləndirmək əvəzinə, Google axtarışlarının nəticələri süni intelektlə ümumiləşdirilir.

Bu, xüsusilə də trafikin əhəmiyyətli dərəcədə itirilməsindən qorxan xəbər saytları və məzmun yaradıcıları ilə bağlı müzakirələrə səbəb olub.

Yeni sistemdə Google axtarış nəticələrini mənbəni göstərən kiçik bir qeydlə siyahıya alır. Lakin, axtarılan məlumat süni intellekt tərəfindən ətraflı təqdim edildiyindən, istifadəçilər orijinal xəbərə və ya məzmuna daxil ola bilərlər.

Buna görə də, oxucular məlumatın mənbəyinə keçmədən axtardıqları cavabı bir başa axtarış səhifəsində əldə edə bilərlər.

Google yeni süni intelekt axtarış sisteminin rəsmi veb saytlara, sosial media hesablarına daha çox yer ayırmağa hədəflədiyi bildirilir.

Həmçinin bildirilir ki, Googl konkret yaradıcılar üçün əhəmiyyətli trafik mənbəyi olan “Kəşf et” bölməsinə oxşar yeniləmələr edib və ordaki sosial media hesablarına daha çox yer ayırır.

Mütəxəsislərin fikrincə, bu o deməkdir ki, xəbər saytları Google axtarışında əvvəlki kimi görünməyə bilər.

Tərtib edən: Cəfərova Kəmalə

İstinad: CNN Türk

Gundelik.az

Exit mobile version