“Frut-İod Elm-İstehsal” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv edilir.
Gundelik.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.
Qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini AZ2024 Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə Massivi, ev 44, mənzil 15 ünvanına bildirə bilərlər.
Sözügedən şirkət 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 25 manat olan şirkətin qanuni təmsilçisi Abdullayev Tural Rauf oğludur.
Gundelik.az
