Gundelik.az Dünya Yaxın Şərqdə böyük şahmat oyunu: Meydanda kim qalib gəlir?
Dünya Xəbərlər

Yaxın Şərqdə böyük şahmat oyunu: Meydanda kim qalib gəlir?

“Wall Street Journal” qəzetinin idiasına görə, Rusya ABŞ-İsrail müharibəsində Tehrana mövqe və taktiki dəstək verir. Hesabatda həmçinin iddia edilir ki, Moskva İranla kəşfiyyat məlumatlarının mübadiləsini və hərbi əməkdaşlığı genişləndirib. Bu hadisələr regionda güc balansı və İsrailin növqeyi ilə bağlı yeni müzakirələrə səbəb olub.

Son hadisələr “İsrailin bu müharibədə tək qalırmı?” sualını doğurub. Məsələ ilə bağlı şərh verən Dr.Barış Adıbelli ABŞ-ın müharibədə aydın bir strategiya axdardığını vurğulayıb.

“Burada Tramp çıxış yolu axtarır və bu yaxınlarda müharibənin demək olar ki, dedi. Sonra müharibə yenidən şiddətləndi. Çünki İsrail tərəfi müharibənin bitməsini istəmir. İsrail tərəfinin rejmin çökməsi və İranın özü üçün daha təhlükəsiz olması kimi müəyyən istəkləri var. Hamımız Netanyahunun bir neçə gün əvvəl verdiyi açıqlamanı gördük. O deyir ki, “Hələ yolun yarısındayıq, İsrail müharibəyə davam edəcək””.

ABŞ bir anda geri çəkilə bilər, bəs həmin vaxt İsraili necə razı salacaqlar? Unutmayın ki, Tramp demişdi ki, “Ukrayna Avropa müharibəsidir, bizi maraqlandırmır”. İndi isə Avropa oxşar bir şey deyir” “İran müharibəsi ABŞ-İsrail müharibəsidir, bizi maraqlandırmır”.

Bu prosesdə kimin qalib gələcəyi ilə bağlı şərh verən xarici siyasət üzrə analitik Erhan Yıldırım Rusiyanın hazırki vəziyyətdə əlverişli mövqedə olduğunu bildirib.

“Düşünürəm ki, oyunçular hələ dəyişməyib, amma hazırda Rusiya ən əlverişli vəziyyətdədir. Əgər İsrail daha sürətli qərarlarla siyasi manevrlərini davam etdirsə və müharibəni uzatsa, daha çox əziyyət çəkəcək. Çünki bombalar indi birbaşa onun aşına atılacaq və bu proses davam edəcək”.

Tərtib edən: Cəfərova Kəmalə

İstinad: CNN Türk

Gundelik.az

Exit mobile version