Yaponiyanın şimal-şərqində yerləşən İvate prefekturası sahillərində 6,9 bal gücündə zəlzələ qeydə alınıb.
ABŞ-ın Geologiya xidməti məlumatına görə, zəlzələnin episentri İvate prefekturasına bağlı Kuji şəhərinin açıq dəniz sahəsində yerləşib. Yeraltı təkanlar 51,7 kilometr dərinlikdə baş verib.
İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində insan tələfatı və ya maddi ziyan barədə hər hansı məlumat verilməyib.
Yaponiya dünyanın ən seysmik fəal bölgələrindən biri hesab olunur və ölkədə güclü zəlzələlərə qarşı qabaqcıl xəbərdarlıq və təhlükəsizlik sistemləri tətbiq edilir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
