Gundelik.az Ölkə Yanğın törədən şəxs tutuldu
Ölkə Xəbərlər

Yanğın törədən şəxs tutuldu

Oğuz rayonunun Top kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Gundelik.az-a bildirilib ki, araşdırmalarla yanğının rayon sakini T.Məmmədli tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 2 hektar əkin sahəsi yanıb.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Gundelik.az

Exit mobile version