İyul 8, 2026
Baku
Dünya Xəbərlər

“Yandex” böyüyür –  Daha bir şirkəti satın aldı

Müxtəlif internet xidmətlər təqdim edən Rusiyanın “Yandex” şirkəti “Boxberry” çatdırılma xidmətini aldığını elan edib.

Gundelik.az xəbər verir ki, bu barədə internet şirkətinin press-relizində bildirilib.

“İki şirkətin texniki və əməliyyat inteqrasiyası prosesinin 2025-ci ilin sonuna qədər başa çatdırılması gözlənilir”, – məlumatda qeyd olunub.

Məlumatda sövdələşmənin maliyyə parametrləri açıqlanmayıb.

Bildirilir ki, “Boxberry”nin alınması “Yandex”ə müştəri bazasını artırmağa və logistika və elektron ticarət sahəsində xidmətlərinin coğrafiyasını genişləndirməyə imkan verəcək. Eyni zamanda, “Boxberry”nin logistika infrastrukturu “Yandex”in infrastrukturunun bir hissəsinə çevriləcək.

“Yandex” sifariş qəbul məntəqələri və “Yandex Çatdırılm”a xidməti ölkənin müxtəlif bölgələrində, o cümlədən Sibir və Uzaq Şərqdə daha 20-dən çox regionda fəaliyyət imkanlarını genişləndirəcək”, – press-relizdə qeyd edilir.

Qeyd edək ki, “Boxberry” 2010-cu ildən fəaliyyət göstərir, onlayn mağazalar və fiziki şəxslər üçün çatdırılma xidmətini təklif edir. Şirkətin internet saytında onun 4000-dən çox filialı və 640 şəhəri olduğu bildirilir.

“Yandex”in logistika şəbəkəsinə 14 mindən çox qəbul məntəqəsi və 60-dan çox çeşidləmə mərkəzi daxildir.

Gundelik.az