İyul 8, 2026
Baku
Dünya Xəbərlər

“Yandex” “SolidSoft”un 50%-ni alacaq

“Yandex” informasiya şirkətinin biznes qrupu olan “Yandex B2B Tech” “SolidSoft” ilə birgə müəssisə yaradır.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, birgə müəssisə “SolidSoft”un 50%-ni alan “Yandex” vasitəsilə yaradılır. Sövdələşmənin məbləği açıqlanmır.

Bildirilir ki, “Yandex”ə gələcəkdə payını artırmaq imkanı veriləcək.

Qeyd olunub ki, birgə müəssisə biznesin kibertəhlükəsizliyini təmin etmək üçün həllər hazırlayacaq.

“SolidSoft” veb tətbiqi təhlükəsizlik həllərinin Rusiya istehsalçısıdır.

Gundelik.az