Gundelik.az Ölkə Yağış yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA
Ölkə Xəbərlər

Yağış yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

Avqustun 15-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Gundelik.az-a verilən məlumata görə, avqustun 15-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Astarada 7, Zaqatalada 6, Qaxda 5, Balakəndə 3, Şəkidə (Kişçay) 2, Mingəçevir, Kəlbəcər, Xankəndi, Xocalıda 1 mm-dək qeydə alınıb.

Lerik, Daşkəsən, Qrızda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir.

Gundelik.az

Exit mobile version