Gundelik.az Tarixdə bu gün 15 Avqust – “Allo” sözünün ad Günü, (1877)
Tarixdə bu gün

15 Avqust – “Allo” sözünün ad Günü, (1877)

Avqustun 15-i “Allo” telefon müraciətinin ad günü kimi maraqlı bayram qeyd olunur. Bu müraciətin təxminən 140 illik tarixi var. İlk dəfə 1877-ci il avqustun 15-də Tomas Edison bu salamlaşma formasından istifadə etməyi təklif etmişdir. Onun fikrincə, “Hello” telefon müraciətinin bütün variantları arasında ən yaxşısıdır. O, teleqraf şirkətinin prezidentini də buna inandırmağa çalışmışdır. Telefonu icad edən Aleksandr Bell isə “Ahoy” sözündən müraciət forması kimi istifadə etməyi təklif etmişdir. Lakin Tomas Edisonun təklifi zamanın sınağından çıxmışdır. “Hello” sözü “Allo”ya çevrilmişdir. Telefon ünsiyyətində “Bəli”, “Eşidirəm” kimi geniş yayılmış formalar da var.

Bəzi ölkələrdə telefon söhbətinin öz “vizit kartları” da mövcuddur. Belə ki, yunanlar telefon zənginə “Parakalo” – “Xahiş edirəm”, italyanlar “Pronto” – “Eşitməyə hazıram” sözləri ilə cavab verirlər. Almaniyada isə telefona cavab verərkən çox vaxt öz soyadlarını söyləyirlər.

Gundelik.az

Exit mobile version