İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Xocavəndin bu kəndlərində evlərin təmirinə 4 milyon manat ayrıldı

Xocavənd rayonunun Qarazəmi və Cütcü kəndlərində fərdi yaşayış evlərinin təmir işlərinə başlanılır.

Gundelik.az bu barədə Ağdam, Füzuli Və Xocavənd Rayonlarında Bərpa, Tikinti Və İdarəetmə Xidmətindən məlumat əldə edib.

Belə ki, qurum təmir işlərini “Kapital-İnşaat” və “Everest Qrup” şirkətlərinə həvalə edib və onlarla müqavilə bağlayıb.

Məlumata əsasən Qarazəmi kəndində 3800m2 olan 20, Cütcü kəndində isə 7600m2 oalan 40 evin təmiri nəzərdə tutulub.

Müqavilənin maliyyə dəyəri ümumilikdə 4 milyon manat olaraq müəyyən olunub.