İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Xocavənddə evlərin təmirinə 2 milyona yaxın pul xərclənəcək

Xocavənd rayonunun Xocavənd şəhərində fərdi yaşayış evlərinin təmirinə başlanılır.

Gundelik.az bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat əldə edib.

Belə ki, qurum təmir işlətini Azcis MMC-yə həvalə edib və onunla müqavilə bağlayıb.

Məlumata əsasən 5700,00 m2 olan 30 evin təmir edilməsi nəzərdə tutulub.

Bağlanılan müqavilənin maliyyə dəyəri 1 milyon 989 min 327 manat olaraq müəyyən edilib.