İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Xocalının Təzəbinə kəndində evlərin təmirinə 3,6 milyon manat ayrıldı

Xocalı rayonunun Təzəbinə kəndində bir sıra fərdi yaşayış evlərində cari təmir işlərini həyata keçirəcək şirkət müəyyənləşib.

Bu barədə Gundelik.az Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat əldə edib.

Məlumata görə, Xidmət təmir işləri ilə bağlı “Salmanoğlu-İnşaat” şirkəti ilə müqavilə bağlayıb.

Müqavilələrin ümumi dəyəri 3 milyon 640 min manat müəyyənləşib.

Qeyd edək ki, bu gün Təzəbinə kəndinə 44 nəfər yola salınır. Bu köçlə Təzəbinəyə qayıdan ailələrin ümumi sayı 139-a (609 nəfər) çatacaq.