İyul 8, 2026
Baku
Hadisə Xəbərlər

Xocalıda yanğına səbəb olan çoban saxlanılıb

Xocalı rayon Dağyurdu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN Mətbuat Xidmətinin regional qrupundan Gundelik.az-a bildirilib ki, araşdırmalar nəticəsində yanğının Xocalı rayonundakı fermalardan birində çoban işləyən, 1977-ci il təvəllüdlü Babaxan Əhmədovun siqaret kötüyünü yerə atması nəticəsində baş verdiyi məlum olub.

Hadisə nəticəsində ümumilikdə 5 hektar sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

B. Əhmədov barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.