“Xaliq Faiqoğlu”nun böyük məbləğdə borcu yarandı
“Xaliq Faiqoğlu” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qarşısında borcu yaranıb.
Gundelik.az xəbər verir ki, “Xaliq Faiqoğlu” MMC-nin vergi borcu 68,7 min manat təşkil edir.
Qeyd edək ki, paytaxt ərazisində bir sıra marşrut xətlərinə sahib olan “Xaliq Faiqoğlu” MMC-nin daha öncə də külli miqdarda vergi borcu yaranıb.
Şirkətə rəhbərlik edən Seyidov Faiq Sadıq oğlu eyni zamanda “Xaliq Faiqoğlu” MMC-nin tabe olduğu “Safa Holdinq”in də sahibidir. “Xaliq Faiqoğlu”ndan başqa “Safa Holdinq”in tərkibində “Safa Plaza”, “Safa Beauty and Spa”, “Safa Restoran”, “Safastore” və “Safa İnşaat” da fəaliyyət göstərir.///yurd.media
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.