Bakıda 55 min manata yaxın dələduzluq - Saxlanılan var
Bakının Nəsimi rayonunda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.
Gundelik.az xəbər verir ki, vətəndaşlardan birinin dələduzluğa məruz qalması barədə polisə müraciət daxil olub və keçirilən tədbirlərlə qeyd olunan əməli törədən C.Nəcəfov müəyyən olunaraq saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, C.Nəcəfov zərərçəkmişlə əlaqə yaradaraq onun oğluna hüquqi yardım göstərəcəyi vədini verərək zərərçəkmişdən 54 900 manat alıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.