Türkiyədə Sözcü TV-nin binasında əməliyyat - Saxlanılanlar var
Türkiyədə Sözcü TV-nin binasında polis əməliyyatı keçirilib.
Gundelik.az xəbər verir ki, polis əməkdaşları binada axtarış aparıb, bir neçə nəfər saxlanılıb.
Məlumata görə, saxlanılanlar arasında Sözcü Media Qrupunun İdarə Heyətinin sədri Funda Tuncer Sıdalı və kanalın keçmiş baş direktoru Asım Akgül də var.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Bundan başqa, Türkiyənin Əmanətlərin Sığortalanması Fondu (TMSF) tərəfindən kanala və xəbər saytına qəyyum təyin edilib.
Qeyd edək ki, qəyyum qərarı Sözcü qəzetinə şamil olunmayıb. Hadisə ilə bağlı araşdırma davam edir.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.