Əri qadına işgəncə verərək seks şantajına məcbur edib – Məhkəmədə dəhşətli etiraf
Yaponiyada qanunsuz video yaymaqda və hədə-qorxu yolu ilə pul tələb etməyə cəhddə ittiham olunan qadın məhkəmədə ərinin onu işgəncələr verərək seks şantajı ilə məşğul olmağa məcbur etdiyini bildirib.
Gundelik.az xəbər verir ki, bu barədə “Tokyo Reporter” məlumat yayıb.
28 yaşlı Haruka Ono və onun 23 yaşlı rəfiqəsi Rin Ono 39 yaşlı Yohei Ononun yaratdığı cinayətkar qruplaşma ilə bağlı iş üzrə məhkəmə qarşısına çıxarılıblar. İstintaqın versiyasına görə, üç nəfər Tokionun Kabukiço rayonunda yerləşən yaşayış kompleksində birlikdə yaşayıb.
Yohei qadınları pul qarşılığında görüşlər təşkil etmək adı ilə aldadaraq onlarla cinsi əlaqəyə girir, bu anları gizli şəkildə videoya çəkir və görüntüləri böyüklər üçün nəzərdə tutulan platformalarda satırmış. Bu yolla on milyonlarla yen gəlir əldə etdiyi bildirilir.
Daha sonra Haruka həmin qadınlarla əlaqə saxlayaraq özünü Yoheinin həyat yoldaşı kimi təqdim edir və onların ailəsini dağıtdığını iddia edərək hər birindən 3 milyon yen (təxminən 1,5 milyon rubl) tələb edirmiş.
Məhkəmədə Haruka Yohei ilə yalnız dələduzluq məqsədilə rəsmi nikaha girdiyini etiraf edib. O, ərinin davamlı zorakılığına məruz qaldığını söyləyib.
“Ərim məni elektrik cərəyanı ilə vurur, dəhlizdə kartonun üzərində yatmağa məcbur edirdi”, – deyə qadın bildirib.
Onun sözlərinə görə, təxminən 2 min dəfə döyülüb və müxtəlif işgəncələrə məruz qalıb. Bəzi günlər bu hallar onlarla dəfə təkrarlanıb. Ən ağır işgəncələrdən biri isə su ilə boğma üsulu olub.
“Üzümə yaş dəsmal qoyur, nəfəs ala bilməyim deyə onun üzərinə davamlı olaraq duşdan su tökürdü”, – deyə Haruka ifadəsində bildirib.
Videoların satışından böyük gəlir əldə edilməsinə baxmayaraq, qadına kosmetika almaq üçün cəmi bir neçə min yen verilirmiş.
Haruka həbs olunduqdan sonra əvvəlcə ərinin göstərişinə əməl edərək polisə heç nə danışmayıb. Lakin müstəntiqlər Yoheinin evindən götürülmüş, əl yazısı ilə hazırlanmış “beyin yuma təlimatı”nı ona təqdim etdikdən sonra ərinin davranışlarını sorğulamağa başlayıb.
Dəftərdə Haruka və Rinin psixoloji portretləri, onların özünəinamını sarsıtmaq üçün mərhələli şəkildə həyata keçirilməli olan təlimatlar yer alıb.
“Başa düşdüm ki, onun üçün sadəcə bir alət olmuşam”, – deyə qadın məhkəmədə bildirib.
Cinayət sxemi Yoheinin “papakatsu” adı ilə tanış olduğu yetkinlik yaşına çatmayan qızlardan birini mənzildə saxlamağa başlamasından sonra üzə çıxıb. Məlumata görə, o, qızın boynuna it xaltası taxıb və onu dəfələrlə cinsi zorakılığa məruz qoyub. Qızın qaçaraq polisə müraciət etməsindən sonra hadisə araşdırılmağa başlanıb.
Hazırda girov müqabilində azadlığa buraxılan Haruka məhkəməyə 13 səhifəlik peşmanlıq məktubu təqdim edib və Yoheiden boşanmaq niyyətində olduğunu bildirib.
“O, əsl dəhşətdir. Onu bir daha görmək istəmirəm. Müstəntiqlərə dedim ki, onu yalnız öldükdən sonra bağışlaya bilərəm. O vaxta qədər isə yox”, – deyə Haruka qeyd edib.
Qeyd edək ki, daha əvvəl ABŞ-da Şirlin Uotson adlı qadının çoxarvadlı həyat yoldaşından ayrıldığı və əmlak məsələsinə görə ərini, eləcə də onun digər həyat yoldaşlarını məhkəməyə verdiyi bildirilmişdi. Uotson 47 illik evliliyi dövründə 11 uşaq dünyaya gətirib.
Nuri
Gundelik.az