Badamdarda sakinlərin təxliyəsi başladı

Badamdarda sakinlərin təxliyəsi başladı

Bakının Səbail rayonu, Badamdar sürüşmə sahəsində təhlükə ilə əlaqədar əhali təxliyə olunur.

Gundelik.az İTV-yə istinadən xəbər verir ki, sürüşmə səbəbindən ərazidə yaşayan ailələr evlərini tərk edərək kirayə mənzillərə köçmək məcburiyyətində qalıblar.

xxx

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri paytaxtın Səbail rayonu, Badamdar-20-ci sahədə baş verən sürüşmə hadisəsi ilə bağlı ərazidə olublar.

Ərazidə araşdırma və monitorinqlər aparılıb.

Qeyd edilib ki, aparılan monitorinqlərin nəticəsinə əsasən ərazidə sürüşmə prosesinin aktivləşdiyi, çatların genişləndiyi müəyyən edilib./APA

xxx

Paytaxtın Səbail rayonunda Badamdar sürüşmə sahəsinə (Badamdar şosesi) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən baxış keçirilib. Növbəti vizual baxış zamanı ərazidə sürüşmə prosesinin hazırda aktiv fazada olduğu müəyyən edilib.

Gundelik.az APA-ya istinadən xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aidiyyəti dövlət qurumlarına sürüşmə prosesinin dinamikası və aktivliyinin artması ehtimalı nəzərə alınaraq, ərazidə olan insanların təhlükəsiz yerə təxliyə edilməsi və yaxınlıqda yerləşən obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə rəsmi müraciət edilib.

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.