Sahibi tapılmayan böyük uduş təhlükədə: Qalib pulunu götürməsə, məbləğ dövlətə keçəcək

Sahibi tapılmayan böyük uduş təhlükədə: Qalib pulunu götürməsə, məbləğ dövlətə keçəcək

ABŞ-də lotereyada 100 min dollar (təxminən 170 000 AZN) qazanan naməlum şəxs hələ də mükafatını götürməyib. Qalibin pulunu tələb etmək üçün cəmi bir həftə vaxtı qalıb.

Gundelik.az xəbər verir ki, bu barədə WBTW məlumat yayıb.

Söhbət Cənubi Karolina ştatının Mirtl-Biç şəhərindəki Circle K mağazasında satılan Powerball lotereya biletindən gedir. Biletin sahibi indiyədək uduşunu almaq üçün müraciət etməyib.

Lotereya təşkilatçılarının bildirdiyinə görə, qalib mükafat üzərində hüquqlarını təsdiqləmək üçün noyabrın 20-dək vaxtı var. Əgər həmin tarixə qədər müraciət etməsə, 100 min dollarlıq uduşunu itirəcək və pul ştatın təhsil fonduna yönəldiləcək.

Lotereya nümayəndələri qalib biletlərin sahiblərinə onları imzalamağı və təhlükəsiz yerdə saxlamağı tövsiyə edirlər. Həmçinin uduşun təsdiqlənməsi üçün mümkün qədər tez lotereya komissiyasına müraciət etməyin vacibliyini vurğulayırlar.

Ehtimal olunur ki, biletin sahibi hələ də böyük məbləğdə pul qazandığından xəbərsizdir. Cəmi 2 dollara (təxminən 160 rubl) alınan bilet təsadüfən əldə edilmiş və unudulmuş ola bilər.

Statistikaya əsasən, ABŞ-də lotereya uduşlarının təxminən 5 faizi sahibləri tərəfindən tələb olunmur. Mütəxəssislər iştirakçılara hər tirajdan sonra biletlərini yoxlamağı və mükafatı almaq üçün son günü gözləməməyi məsləhət görürlər.

Xatırladaq ki, daha əvvəl ABŞ-də Powerball lotereyasının naməlum iştirakçısı 847 milyon dollar qazanaraq multimilyonçu olmuşdu. Şanslı qalib Nyu-Cersi ştatının sakini idi.

Nuri
undelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.