Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 2,12 ABŞ dolları və ya 2,19% ucuzlaşaraq 94,81 ABŞ dollarına enib.
Bu barədə Gundelik.az-a neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,87 dollar və ya 2,03% ucuzlaşaraq 90,11 ABŞ dolları təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,27 dollar və ya 3,38% azalaraq 64,85 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,5 dollar və ya 2,74% azalaraq 88,74 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.