İyul 22, 2026
Baku
Ölkə Xəbərlər

Xankəndi, Ağdərə və Xocalıda 7 milyon manatlıq abadlıq işləri aparılacaq

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında yaşayış məntəqələri, məhəllə, küçə, meydan və parkların abadlaşdırılması, yaşıllaşdırılması, yaşıllıqların mühafizəsi və təmizlənməsi işləri görüləcək.

Bu barədə Gundelik.az Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat əldə edib.

Sözügedən işlərin icrasına sərf ediləcək vəsaitin 7,2 milyon manat olacağı pronozlaşdırılıb.