İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

WUF13 çərçivəsində Şəhər Aktivlik Proqramı keçirilib

Bakıda keçirilən Dünya Şəhər Forumunun 13-cü sessiyası — World Urban Forum 13 münasibətilə forum iştirakçıları və paytaxt sakinləri üçün xüsusi Şəhər Aktivlik Proqramı təşkil olunub.

20–22 may tarixlərini əhatə edən proqram çərçivəsində paytaxtın üç müxtəlif məkanında rəngarəng ictimai tədbirlər və interaktiv fəaliyyətlər keçirilir. Tədbirlər İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Dənizkənarı Milli Park ərazisindəki Saat Qülləsinin yaxınlığı və Dəniz Mall ətrafında təşkil olunub.

Hər gün saat 13:00-dan etibarən ziyarətçilər Azərbaycan şirkətlərinin məhsullarının nümayiş olunduğu City Activity köşklərini ziyarət edə bilirlər. Dənizkənarı Milli Parkdakı tədbirlər isə saat 21:00-dək davam edir.

20 may tarixində İçərişəhərdə keçirilən proqram saat 18:00-dək davam edib. Axşam saatlarında isə müğənni Ərəstun Quliyev və Gaga Band-ın iştirakı ilə canlı musiqi proqramı təqdim olunub.

21 may axşam proqramında İçərişəhərdə təxminən 20 rəqs nömrəsi nümayiş etdirilib. Bakı Bulvarında isə saat 19:00–21:00 aralığında müğənni Arif Nemətov və Ayna Band çıxış edəcəklər.

22 may tarixində keçiriləcək axşam proqramında isə Joseph Abbas, Naz Girls və Telman Budaqov səhnə alacaqlar.

Bundan əlavə, WUF13-ün “Şəhərlər oyun meydançası kimi” mövzusunu vurğulamaq məqsədilə Association of Football Federations of Azerbaijan dəstəyi ilə Dəniz Mall yaxınlığında xüsusi futbol meydançası qurulub.

Saat 15:00-dan 19:00-dək fəaliyyət göstərən meydança sakinlərə və qonaqlara açıq şəhər mühitində idman fəaliyyətlərində iştirak etmək imkanı yaradır.

 

Mənbə:wuf13.az

Tərtib etdi:Ziyalə Əhmədli

Gundelik.az